Ötən il Azərbaycan 69,82 milyon ABŞ dolları dəyərində 137 min 124 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 19 % azdır, kəmiyyət olaraq – 33 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 48,81 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % azdır) 120 min 264 ton (+40 %), Türkiyədən 6,9 milyon ABŞ dolları dəyərində (-16 %) 2 min 266 ton (-7 %), Slovakiyadan 2,3 milyon ABŞ dolları dəyərində (+65 %) 2 min 712 ton (+53 %), Belçikadan 1,4 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 1 min 144 ton (+2,5 dəfə), Çindən 1,32 milyon ABŞ dolları dəyərində (+61 %) 886 ton (+10 %) gübrə alıb.
Azərbaycan 3 il 11 aylıq fasilənin ardından Bolqarıstandan (24 min ABŞ dolları dəyərində 1,44 ton), 2 il 8 aylıq aradan sonra Kanadadan (1,44 min ABŞ dolları dəyərində 1,53 ton) və 2 il 1 ayın tamamında Yunanıstandan (0,04 min ABŞ dolları dəyərində 0,04 ton) gübrə tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana 33 ölkədən idxal edilmiş 103 min 315 ton gübrənin (orqanik gübrələrdən başqa) 83,4 %-i Rusiyanın payına düşüb.