Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 2,82 milyon ABŞ dolları dəyərində 3 min 923 ton toxumluq kartof idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33,4 %, kəmiyyət olaraq – 62 % azdır.
Hesabat dövründə Azərbaycan Niderlanddan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,6 dəfə çoxdur) 1 min 253 ton (+5,4 dəfə), Türkiyədən 767,23 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 1 min 606 ton (+2,5 dəfə), Almaniyadan 580,31 min ABŞ dolları dəyərində (-40 %) 566 ton (-42 %), Ukraynadan 135,2 min ABŞ dolları dəyərində (-74 %) 410 ton (-73,7 %), Qırğızıstandan 21,7 min ABŞ dolları dəyərində 21,5 ton (ilk dəfə tədarük olub) məhsul alıb.
2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 37 min 961 ton toxumluq kartofun 71,2 %-i Rusiyanın payına düşüb.