Azərbaycan 2 ölkədən meyvə ağacları tədarük etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycan 11,7 milyon ABŞ dolları dəyərində 4 milyon 467 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21,4 % çoxdur, kəmiyyət olaraq – 3,6 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 3 milyon 57 min ədəd (+15 %), İtaliyadan 1,6 milyon ABŞ dolları dəyərində (+50 %) 319,4 min ədəd (+44 %), Yunanıstandan 760 min ABŞ dolları dəyərində (+2,2 %) 460 min ədəd (+5,5 %), Niderlanddan 639,5 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 93,7 min ədəd (-63 %), Fransadan 503,3 min ABŞ dolları dəyərində (-40 %) 100,8 min ədəd (-30 %) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Bolqarıstandan (189 min ABŞ dolları dəyərində 60,7 min ədəd) və Çexiyadan (44,1 min ABŞ dolları dəyərində 9 min ədəd) tədarük həyata keçirilib.

Digər xəbərlər