Ötən il Azərbaycan 8,71 milyon ABŞ dolları dəyərində 12 min 305 ton mandarin idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 44 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 5,86 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 8 min 346 ton (+5 %), Kiprdən 1,75 milyon ABŞ dolları dəyərində 2 min 474 ton, Misirdən 240,4 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 305,5 ton (+2,2 dəfə), Pakistandan 206 min ABŞ dolları dəyərində (-15 %) 257 ton (-15 %), Gürcüstandan 60,2 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 86 ton (+2,2 dəfə) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyadan (0,06 min ABŞ dolları dəyərində 0,01 ton) və Kiprdən tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 8 min 528 ton mandarinin 93,6 %-i Türkiyənin payına düşüb.