Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 679 min ABŞ dolları dəyərində 226,32 ton avokado (təzə və ya qurudulmuş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 52 %, kəmiyyət olaraq – 26 % çoxdur.
Hesabat dövründə Azərbaycan Keniyadan 195 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,6 dəfə çoxdur) 64,4 ton (+4,6 dəfə), Perudan 183 min ABŞ dolları dəyərində (+2,7dəfə) 53,6 ton (+2,3 dəfə), Cənubi Afrikadan 101 min ABŞ dolları dəyərində (-10 %) 33 ton (-13 %), Türkiyədən 71,1 min ABŞ dolları dəyərində (-38 %) 47,4 ton (-39 %), Lüksemburqdan 46,3 min ABŞ dolları dəyərində (+7 %) 6,1 ton (-16,7 %) meyvə alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 392 ton avokadonun 51 %-i Türkiyənin, 15,4 %-i Keniyanın, 12 %-i Perunun payına düşüb.