Aqrar startapların xidmətləri subsidiya hesabına maliyyələşdirilə bilər

Aqrar startapların xidmətlərinin subsidiya hesabına maliyyələşdirilməsi üzərində iş gedir.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.

Onun sözlərinə görə, kütləvi istehsalla bağlı hələlik bu startaplar öz vəsaitləri və investorların maliyyəsi hesabına fəaliyyətlərini inkişaf etdirirlər: "Ümumilikdə, bu sahə çox perspektivlidir. Nəzərə alsaq ki, qəbul olunmuş dövlət proqramında da bir çox istiqamət üzrə inkişaf hədəfləri müəyyən edilib. Fermerlərimiz məhz "ağıllı həll"ərdən istifadə etməklə həmin nəticələrə nail ola bilərlər".

A.Cəfərov qeyd edib ki, bu sahədə görüləcək işlər çoxdur: "Biz çalışırıq ki, startaplar öz həllərini təklif edərkən fermerlər tərəfindən müsbət qarşılansın. Eyni zamanda, fermerlərin həmin xidmətlərdən istifadə etməsinin dövlət tərəfindən verilən subsidiya vəsaiti hesabına maliyyələşdirilməsi üzərində işləyirik".

Digər xəbərlər