Bakı. 10 yanvar. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Xidmətdən “Report”a verilən məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən DBNX ardıcıl olaraq bu istiqamətdə reydlərini davam etdirir.
DBNX yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar olan Sərdar Şıxəliyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib. Reyd Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılıb.
Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skilletləri aşkar olunub.
Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
DBNX bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və bu işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.
Abşeron ərazisində 4 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb
Digər xəbərlər
Şirvan kanalı ilə 100 min hektardan çox yeni əkin sahəsi suvarılacaq
28 oktyabr, 2026 / 14:03
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
27 oktyabr, 2026 / 20:59
Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixi açıqlanıb
27 oktyabr, 2026 / 15:36
Aqrar sektorda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi öhdəliyi ilə bağlı dəyişiklik qüvvəyə minib
27 oktyabr, 2026 / 13:06
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
26 oktyabr, 2026 / 11:17
Azərbaycanın gübrə ixracından qazancı 4 %-ə yaxın azalıb
24 oktyabr, 2026 / 12:34
Ucarda Aqrar Biznes və I Çəltik festivalı keçirilib - Yenilənib
23 oktyabr, 2026 / 19:25
Məhsul şəhadətnaməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub
23 oktyabr, 2026 / 13:54
Məhsul şəhadətnamələrinin hüquqi statusu müəyyənləşdirilir
23 oktyabr, 2026 / 13:42
Bir sıra qanunların Aqrar sahə haqqında qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda qəbul olunub
23 oktyabr, 2026 / 13:25
Aqrar sahə haqqında qanun layihəsi I oxunuşda qəbul olunub
23 oktyabr, 2026 / 13:20
Zahid Oruc: Ucqar kəndlərdə yeni emal müəssisələri vergilərdən azad edilməlidir
23 oktyabr, 2026 / 13:16
Deputat: Fermerlərin sayı çoxdur, amma yaratdıqları dəyər ölkə ortalamasından 3,4 dəfə azdır
23 oktyabr, 2026 / 13:11
Tahir Rzayev: Minimal kəsim çəkisi qanunla tənzimlənəcək
23 oktyabr, 2026 / 12:58
Azərbaycanda yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq edilir
21 oktyabr, 2026 / 11:03
ASF: Xaçmazda aqrar sığorta üzrə ödənişlər 1 milyon manatı ötüb
20 oktyabr, 2026 / 18:49
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb
20 oktyabr, 2026 / 17:39
Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib
20 oktyabr, 2026 / 15:23
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb
19 oktyabr, 2026 / 19:56