Türkiyənin bəzi vilayət başçıları Naxçıvana səfər edib

Türkiyənin bəzi vilayət başçıları Naxçıvana səfər edib Vilayət başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslərlə görüşlər keçirib
Xarici siyasət
28 Dekabr , 2015 14:06
Türkiyənin bəzi vilayət başçıları Naxçıvana səfər edib

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyənin İğdır, Qars və Ərdahan vilayətlərinin başçıları - Davud Haner, Günay Özdemir və Ahmet Deniz tanışlıq məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər edib.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan "Report"a verilən məlumata görə, vilayət başçıları Muxtar Respublikanın həyat tərzi və buradakı abidələrlə tanış olub.

Bundan əlavə, vilayət başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov və digər rəsmi şəxslərlə görüşlər keçirib. Bu görüşlərdə vilayətlərlə Naxçıvan arasındakı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi