Hyuston şəhərində Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstərilib

Hyuston şəhərində Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstərilib Azərbaycanın ABŞ-dəki səfirliyi tərəfindən Birləşmiş Ştatların Texas ştatının Hyuston şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunub.
Xarici siyasət
10 May , 2024 19:07
Hyuston şəhərində Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstərilib

Azərbaycanın ABŞ-dəki səfirliyi tərəfindən Birləşmiş Ştatların Texas ştatının Hyuston şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunub.

"Report"un ABŞ bürosu xəbər verir ki, Hyuston şəhəri və ətraf bölgələrdə yaşayan həmvətənlərimizə pasportların rəsmiləşdirilməsi, eləcə də notariat əməliyyatlarla bağlı xidmətlər göstərilib.

Qeyd edək ki, Amerikada səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilir. Ötən müddət ərzində ABŞ-nin onlarla şəhər və ştatlarında (Texsasda, Bostonda, Nyu-York) artıq səyyar konsulluq xidmətləri həyata keçirilib və bu kimi fəaliyyətlərin əhatə dairəsini genişləndirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi