Yuxarı
    Bağlamaq

    Türkiyənin bəzi vilayət başçıları Naxçıvana səfər edib

    Vilayət başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslərlə görüşlər keçirib

    Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyənin İğdır, Qars və Ərdahan vilayətlərinin başçıları - Davud Haner, Günay Özdemir və Ahmet Deniz tanışlıq məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər edib.

    Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan "Report"a verilən məlumata görə, vilayət başçıları Muxtar Respublikanın həyat tərzi və buradakı abidələrlə tanış olub.

    Bundan əlavə, vilayət başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov və digər rəsmi şəxslərlə görüşlər keçirib. Bu görüşlərdə vilayətlərlə Naxçıvan arasındakı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi