Çin Azərbaycanla BOEM sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Çin Azərbaycanla BOEM sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır Çin Azərbaycanla bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir.
Xarici siyasət
10 May , 2024 20:41
Çin Azərbaycanla BOEM sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Çin Azərbaycanla bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir.

Bunu “Report”a açıqlamasında Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao deyib.

“Energetika sahəsi ikitərəfli əməkdaşlığımızda yeni təmas nöqtəsidir. Ötən il Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsinə sevindik”, - o bildirib.

Taonun sözlərinə görə, Çin günəş enerjisi layihələrinə investisiya qoymaqda maraqlıdır.

“Ümid edirik ki, Azərbaycanın “yaşıl” keçid səylərinə töhfə verməyə davam edəcəyik”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi