Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2 Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində görüşəcəklər.
Xarici siyasət
10 May , 2024 18:34
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başa çatıb.

"Report" xəbər verir ki, danışıqlar 4 saat davam edib.

Təfərrüatlar barədə məlumat verilmir.

14:15

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir.

“Report” “Sputnik-Kazakstan”a istinadən xəbər verir ki, C.Bayramov və A.Mirzoyan danışıqlar aparmaq üçün Almatıdakı Dostluq Evinə gəliblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.

Daha sonra onlar mətbuata bəyanatlarla çıxış edəcəklər.

08:00

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

“Report”un xəbərinə görə, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.

Son xəbərlər

Orphus sistemi