Bakı. 9 noyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər.
"Report"un yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.
Məlumata görə, noyabrın 10-dan etibarən BƏƏ-nin vətəndaşları Azərbaycanın istənilən hava limanında 30 günlük viza ala biləcəklər.
Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanovun fikrincə, bu qərar iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.