Bakı. 1 sentyabr. REPORT.AZ/ "ATƏT-də təhlükəsizlik məsələlərinin həllinə müxtəlif yanaşmalar səbəbi ilə parçalanma müşahidə olunur".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zannyer Potsdamda ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündəb əvvəl deyib.
"ATƏT-də ciddi parçalanma var və bu, belə qeyri-rəsmi görüşün keçirilməsi üçün əlavə səbəbdir. İrəli addımlamaq, təhlükəsizliyin gücləndirilməsi üzrə tədbirlər baxımından baxışlarımız fərqlidir. Hamının narahatlığını diqqətə almaq lazımdır, amma eyni zamanda ümumi qaydalara riayət etmək vacibdir", - deyə, o bildirib.
Görüş zamanı mövcud siyasi böhranlardan, ATƏT məkanında həll olunmamış münaqişələrdən çıxış yollarının müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.