Yuxarı
    Bağlamaq

    Baş katib: "ATƏT-də ciddi parçalanma müşahidə olunur"

    Lamberto Zannyer: Təhlükəsizliyin gücləndirilməsi üzrə tədbirlər baxımından baxışlarımız fərqlidir

    Bakı. 1 sentyabr. REPORT.AZ/ "ATƏT-də təhlükəsizlik məsələlərinin həllinə müxtəlif yanaşmalar səbəbi ilə parçalanma müşahidə olunur".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zannyer Potsdamda ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündəb əvvəl deyib.

    "ATƏT-də ciddi parçalanma var və bu, belə qeyri-rəsmi görüşün keçirilməsi üçün əlavə səbəbdir. İrəli addımlamaq, təhlükəsizliyin gücləndirilməsi üzrə tədbirlər baxımından baxışlarımız fərqlidir. Hamının narahatlığını diqqətə almaq lazımdır, amma eyni zamanda ümumi qaydalara riayət etmək vacibdir", - deyə, o bildirib.

    Görüş zamanı mövcud siyasi böhranlardan, ATƏT məkanında həll olunmamış münaqişələrdən çıxış yollarının müzakirə olunacağı gözlənilir.

    Xatırladaq ki, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi