Azərbaycan XİN başçısı Qazaxıstana səfər edəcək

Azərbaycan XİN başçısı Qazaxıstana səfər edəcək Elmar Məmmədyarov Astanada keçiriləcək Xəzəryanı XİN dövlətlərin başçıları Şurasının iclasında iştirak edəcək
Xarici siyasət
12 İyul , 2016 11:50
Azərbaycan XİN başçısı Qazaxıstana səfər edəcək

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin XİN başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana səfər edəcək.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Qeyd edək ki, Xəzəryanı beş ölkənin xarici işlər nazirlərinin görüşü iyulun 13-14-də Astanada keçiriləcək.

Şuranın gündəliyində duran məsələlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin təsdiqi və iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və ekologiya da daxil olmaqla, müxtəlif sahələrdə beştərəfli əməkdaşlıq məsələlərinin müzakirəsidir.

XİN başçılarının danışıqlar zamanı aktual regional və beynəlxalq məsələlərin müzakirəsini də aparacağı gözlənilir. Görüşdə müzakirə ediləcək məsələlər sırasında, həmçinin 2016-cı ildə Qazaxıstanda keçirilməsi planlaşdırılan dövlət başçıları səviyyəsində 5-ci Xəzər sammitinə hazırlıq da olacaq.

Son xəbərlər

Orphus sistemi