Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.
İnfrastruktur
20 Aprel , 2024 14:46
Bakıda daha bir müntəzəm marşrut xətti BakuBusa verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Bu marşrut xətti "Dərnəgül" metrostansiyası - Süleyman Rüstəm küçəsi ("28 Mall" ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olacaq.

"33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gedişhaqqı nağdsız qaydada olacaq", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi