Aİ nümayəndəsi: "Azərbaycan seçkilərin şəffaf keçirilməsi üçün xeyli işlər görüb"

Aİ nümayəndəsi: "Azərbaycan seçkilərin şəffaf keçirilməsi üçün xeyli işlər görüb" Malena Mard: "Avropa İttifaqı bu addımları alqışlayır"
Xarici siyasət
14 Avqust , 2015 10:55
Aİ nümayəndəsi: Azərbaycan seçkilərin şəffaf keçirilməsi üçün xeyli işlər görüb

Bakı. 14 avqust. REPORT.AZ/ “Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçkilərin şəffaf keçirilməsi istiqamətində xeyli işlər görüb. Avropa İttifaqı bu addımları alqışlayır”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası və Avropa İttifaqının (Aİ) Bakıda birgə təşkil etdiyi seminarda çıxışı zamanı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.

O qeyd edib ki, bu ilin noyabrında keçiriləcək növbəti parlament seçkisi Azərbaycana diqqəti artırıb: “Beynəlxalq müşahidəçilər bu seçkini diqqətlə izləyəcək".

M.Mard vurğulayıb ki, MSK beynəlxalq təşkilatların seçkilərin keçirilməsi ilə bağlı verdiyi tövsiyələri nəzərə almalıdır.

Son xəbərlər

Orphus sistemi