Yerevanda məhkəmə hakimi rüşvət alarkən tutulub

Yerevanda məhkəmə hakimi rüşvət alarkən tutulub Faktla bağlı cinayət işi Ermənistan Baş Prokurorluğuna təqdim olunub
Region
28 Oktyabr , 2016 15:38
Yerevanda məhkəmə hakimi rüşvət alarkən tutulub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Yerevan rayonlarından birinin məhkəmə hakimi Şenqavit İşxan Barseqyan rüşvət alarkən tutulub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

Məlumata görə, şəhərin piyada keçidlərindən birində 1 000 dollar həcmində rüşvət ona verilərkən tutulub. Əməliyyat MTX əməkdaşlarının müşahidəsi altında keçirilib.

Xəbərdə bildirilib ki, faktla bağlı cinayət işi Ermənistanın Baş Prokurorluğuna təqdim olunub.

Son xəbərlər

Orphus sistemi