Türkiyə XİN rəhbəri Roma Papasının Ermənistan-Türkiyə sərhədinin açılması haqqında bəyanatını şərh edib

Türkiyə XİN rəhbəri Roma Papasının Ermənistan-Türkiyə sərhədinin açılması haqqında bəyanatını şərh edib "Sərhədin açılması haqqında bəyanat sadəcə Papanın arzusudur"
Region
4 Dekabr , 2014 12:34
Türkiyə XİN rəhbəri Roma Papasının Ermənistan-Türkiyə sərhədinin açılması haqqında bəyanatını şərh edib
Bakı 4 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Roma Papasının Ermənistan-Türkiyə sərhədinin açılması haqqında bəyanatını şərh edib. "Report" Türkiyənin "Arca" agentliyinə istinadən xəbər verir ki, M.Çavuşoğlu Brüsselə gedərkən təyyarədə jurnalistlərin suallarına cavab verib. Türkiyə XİN rəhbəri Papanın sərhədin açılması haqqında bəyanatına da toxunub. 

"Sərhədin açılması haqqında bəyanat sadəcə Papanın arzusudur. Biz də istəyirik ki, sərhəd açılsın, lakin bu məsələdə Türkiyə hər zaman addım atır, Ermənistandan isə cavab gəlmir. Uzatdığımız əl havada qalır", - Mövlud Çavuşoğlu bildirib. 

Qeyd edək ki, Türkiyəyə səfəri zaman Roma Papası I Fransisk Ermənistan-Türkiyə sərhədinin açılmasına ümidvar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi