​Azərbaycan güləşçisi Saman Təhmasibi olimpiadada mübarizəni dayandırıb

​Azərbaycan güləşçisi Saman Təhmasibi olimpiadada mübarizəni dayandırıb İranlı legionerin rəqibi həmyerlisi Həbibulla Axlaği olub
Fərdi
15 Avqust , 2016 23:08
​Azərbaycan güləşçisi Saman Təhmasibi olimpiadada mübarizəni dayandırıb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi ilk təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 85 kq. çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi həmyerlisi Həbibulla Axlaği olub.

Görüşün ilk hissəsində tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissənin əvvəlində Axlaği bir xal əldə edib. Təhmasibi tezliklə bərabərliyi təmin etsə də, iranlı güləşçi yenidən 2 xal alaraq, önə keçib. Bu dəfə Azərbaycan pəhləvanı fərqi 1-ə endirib. Amma qalan müddətdə onun səyləri nəticə verməyib.

Beləliklə, Təhmasibi olimpiadanı medalsız tamamlayıb.

Son xəbərlər

Orphus sistemi