Bakıda Özbəkistan haqqında miniatür kitabın təqdimatı keçiriləcək

Bakıda Özbəkistan haqqında miniatür kitabın təqdimatı keçiriləcək Kitabının təqdimatı ölkənin müstəqillik gününə həsr olunacaq
Mədəniyyət siyasəti
27 Avqust , 2016 10:15
Bakıda Özbəkistan haqqında miniatür kitabın təqdimatı keçiriləcək

Bakı. 27 avqust. REPORT.AZ/ Bakıda Özbəkistan haqqında miniatür kitabın təqdimatı keçiriləcək.

"Report" xəbər verir ki, ümumilikdə üç ayrı kitabın təqdimatı olacaq. Kitablarda Özbəkistan qanunlarına dair informasiya, eləcə də ölkə haqqında faktlar və digər məlumatlar veriləcək.

Özbəkistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil edilən kitabın təqdimatı avqustun 29-də keçiriləcək və bu ölkənin sentyabrın 1-də qeyd olunan müstəqillik gününə həsr olunacaq.

Mini kitab saxlanması üçün Bakıda unikal miniatür kitab muzeyinə veriləcək.

Son xəbərlər

Orphus sistemi