Bakı. 27 avqust. REPORT.AZ/ Bakıda Özbəkistan haqqında miniatür kitabın təqdimatı keçiriləcək.
"Report" xəbər verir ki, ümumilikdə üç ayrı kitabın təqdimatı olacaq. Kitablarda Özbəkistan qanunlarına dair informasiya, eləcə də ölkə haqqında faktlar və digər məlumatlar veriləcək.
Özbəkistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil edilən kitabın təqdimatı avqustun 29-də keçiriləcək və bu ölkənin sentyabrın 1-də qeyd olunan müstəqillik gününə həsr olunacaq.
Mini kitab saxlanması üçün Bakıda unikal miniatür kitab muzeyinə veriləcək.