Bakının əsas prospektlərində sıxlıq yaranıb

Bakının əsas prospektlərində sıxlıq yaranıb Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsi də hərəkəti çətinləşdirib
İnfrastruktur
27 Aprel , 2016 08:37
Bakının əsas prospektlərində sıxlıq yaranıb

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakı şəhərinin yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir. 

"Report"un Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Ziya Bünyadov prospekti ("Koroğlu" metro stansiyası istiqamətində), Əbdülvahab Salamzadə küçəsində, həmçinin Bakı-Sumqayıt şosesində (paytaxta doğru) və Babək prospektində (Heydər Əliyev prospektinə doğru) avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb. 

Qeyd edək ki, Z.Bünyadov prospektində səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi də hərəkəti çətinləşdirib.

Son xəbərlər

Orphus sistemi