Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakı şəhərinin yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir.
"Report"un Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Ziya Bünyadov prospekti ("Koroğlu" metro stansiyası istiqamətində), Əbdülvahab Salamzadə küçəsində, həmçinin Bakı-Sumqayıt şosesində (paytaxta doğru) və Babək prospektində (Heydər Əliyev prospektinə doğru) avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb.
Qeyd edək ki, Z.Bünyadov prospektində səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi də hərəkəti çətinləşdirib.