Ayk Ho Lim: “Orta Dəhliz təkcə regional deyil, həm də qlobal miqyasda vacibdir”

Ayk Ho Lim: “Orta Dəhliz təkcə regional deyil, həm də qlobal miqyasda vacibdir” Orta Dəhliz təkcə regional deyil, həm də qlobal miqyasda tədarükün şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
İnfrastruktur
2 May , 2024 10:57
Ayk Ho Lim: “Orta Dəhliz təkcə regional deyil, həm də qlobal miqyasda vacibdir”

Orta Dəhliz təkcə regional deyil, həm də qlobal miqyasda tədarükün şaxələndirilməsi baxımından əhəmiyyətlidir.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarət və Ətraf Mühit üzrə direktoru Ayk Ho Lim (Aik Hoe Lim) “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin mənfi təsir göstərdiyi əsas istiqamətlərdən biri ticarət yolları ilə bağlıdır:

“Dünya ticarətinin təxminən 80 %-i dəniz yolları ilə həyata keçirilir. İqlim dəyişikliyi onları daha həssas edir. Quru yolları, xüsusən də Orta Dəhliz bu istiqamətdə şaxələndirmənin bir hissəsidir”.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya uzanır. Bütün marşrut üzrə vahid tarif yaradılıb və “bir pəncərə” prinsipi tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi