Samir Şərifov: "Regionda sülhün bərqərar olması Zəngəzur dəhlizinin yaradılmasına imkan verəcək"

Samir Şərifov: "Regionda sülhün bərqərar olması Zəngəzur dəhlizinin yaradılmasına imkan verəcək" Cənubi Qafqaz regionunda sülhün bərqərar olması daha bir mühüm əlaqənin - Zəngəzur dəhlizinin yaradılmasına imkan verəcək.
İnfrastruktur
2 May , 2024 11:01
Samir Şərifov: Regionda sülhün bərqərar olması Zəngəzur dəhlizinin yaradılmasına imkan verəcək

Cənubi Qafqaz regionunda sülhün bərqərar olması daha bir mühüm əlaqənin - Zəngəzur dəhlizinin yaradılmasına imkan verəcək.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.

“Orta Dəhliz təkcə dəmir yolu və ya avtomobil yolları ilə əlaqəli deyil. Mən buna şaxələnmiş dəhliz deyərdim. Bu dəhlizin digər qolu Azərbaycandan Gürcüstana, daha sonra Qara dəniz vasitəsilə Avropaya dəmir yolu əlaqəsidir. İnanıram ki, indi, burada sülhün bərqərar olması daha bir mühüm əlaqənin - Zəngəzur dəhlizinin yaradılmasına imkan verəcək”, - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi