Rusiyada baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Rusiyada baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb Minik avtomobilinin sürücüsü hadisə yerindəcə ölüb
Hadisə
13 İyun , 2016 08:01
Rusiyada baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Bakı. 13 iyun. REPORT.AZ/ Rusiyada ağır yol qəzası baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Xabarovsk şəhərində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu ilə " Toyota Mark II" minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin regional mətbuat xidmətinin məlumatına görə, qəzaya səbəb minik avtomobilinin qarşıdan gələn avtobusun yoluna çıxması olub.

Minik avtomobilinin sürücüsü hadisə yerindəcə ölüb. Avtobusda xəsarət almış sürücü və daha 8 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hazırda qəza yerində operativ əməliyyat qrupu işləyir.

Son xəbərlər

Orphus sistemi