Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb

Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da ümumi çəkisi 82 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Hadisə
10 May , 2024 09:44
Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 82 kiloqramdan çox narkotik aşkarlayıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin olub.

Son xəbərlər

Orphus sistemi