Qazaxda Kür çayının daşması bir sıra fəsadlar yaradıb

Qazaxda Kür çayının daşması bir sıra fəsadlar yaradıb Kür çayının Qazax rayon ərazisindən keçən hissəsində çayın məcrasından çıxması Aşağı Salahlı və Orta Salahlı kəndlərində əkin sahələrində fəsadlar törədib.
Hadisə
10 May , 2024 21:19
Qazaxda Kür çayının daşması bir sıra fəsadlar yaradıb

Kür çayının Qazax rayon ərazisindən keçən hissəsində çayın məcrasından çıxması Aşağı Salahlı və Orta Salahlı kəndlərində əkin sahələrində fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, son günlərdə yağan aramsız yağış Kür çayında sululuğu artırıb, Qazaxda çaysahili ərazilərdə bir sıra fəsadlar yaranıb.

Təsərrüfata ciddi ziyan dəyib.

Qeyd edək ki, hazırda Kürdə suyun səviyyəsi normallaşıb, sakinlərə dəymiş ziyan hesablanır.

Son xəbərlər

Orphus sistemi