Azərbaycanda valyuta tənzimi qaydalarını pozduqlarına görə daha 3 nəfər cərimə olunub

Azərbaycanda valyuta tənzimi qaydalarını pozduqlarına görə daha 3 nəfər cərimə olunub Hüseyn Əliyev, Adil Əliyev və Nəcəf Nəcəfov İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən cərimə olunublar
Hadisə
15 Yanvar , 2016 12:54
Azərbaycanda valyuta tənzimi qaydalarını pozduqlarına görə daha 3 nəfər cərimə olunub

Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) valyuta tənzimi qaydalarını pozduqlarına görə daha 3 nəfəri cərimə edib. 

"Report" xəbər verir ki, məlumatı DİN-in rəsmi saytı yayıb. 

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə Bakı şəhər sakinləri Hüseyn Əliyev, Adil Əliyev və Abşeron rayon sakini Nəcəf Nəcəfov valyuta tənzimi qaydalarını pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi