Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) valyuta tənzimi qaydalarını pozduqlarına görə daha 3 nəfəri cərimə edib.
"Report" xəbər verir ki, məlumatı DİN-in rəsmi saytı yayıb.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə Bakı şəhər sakinləri Hüseyn Əliyev, Adil Əliyev və Abşeron rayon sakini Nəcəf Nəcəfov valyuta tənzimi qaydalarını pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.