​Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib

​Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib Boksçuda pnevmaniya xəstəliyi qeydə alınıb
Fərdi
21 Dekabr , 2014 09:38
​Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli şənbə günü pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, boksçunun mətbuat katibi Əli Boba Qannellanın sözlərinə görə, 72 yaşlı idmançının vəziyyəti stabildir və pnevmaniyanın ilkin mərhələsi qeydə alındığına görə, Əlinin xəstəxanada çox qalmayacağı gözlənilir.

1960-cı ilin Olimpiya çempionu Məhəmməd Əli 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkir.

Son xəbərlər

Orphus sistemi