​Azərbaycanlı Avropa rekordçusu: "Çox istəyirdim ki, qızıl medal qazanım"

​Azərbaycanlı Avropa rekordçusu: "Çox istəyirdim ki, qızıl medal qazanım" "Çalışacağam ki, "Rio-2016"da da eyni nəticəni göstərim"
Fərdi
5 Avqust , 2015 17:07
​Azərbaycanlı Avropa rekordçusu: Çox istəyirdim ki, qızıl medal qazanım

Bakı. 5 avqust. REPORT.AZ/ "İsveçdəki qitə çempionatında nəticə qazanmaq üçün çox ciddi hazırlaşmışdıq". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında üçtəkanla tullanma üzrə gənclər arasında Avropa çempionatının qalibi Nazim Babayev deyib.

Avropa rekordunu yeniləyən N.Babayev bildirib ki, medal istəyi çox böyük olub: "İlk növbədə ona görə ki, "Bakı 2015" I Avropa Oyunlarında üçtəkanla tullanma növündə qalib olmuşam. Ancaq komanda hesabı olduğundan, 5-ci yerdə qərarlaşdıq və medal ala bilmədim. Bu səbəbdən çox istəyirdim ki, qitə çempionatında medal qazanım".

Gənc atlet Avropa çempionatındakı çıxışından da danışıb: "İlk təsnifat mərhələsində 2-ci yeri tutmağıma baxmayaraq, finala vəsiqə qazandım. Finaldakı rəqibimin göstəricisi 16.51 metr, məndə isə 16.44 metr idi. İkinci cəhddə özümü toparladım və 17.04 metr nəticə göstərərək Avropa rekordunu təzələdim. Nəticədə də qalib oldum. Son cəhddən öncə rekordu yeniləmək haqda düşünürdüm və bu da "Rio-2016"ya lisenziya demək idi".

N.Babayev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da yüksək nəticə əldə edəcəyinə ümidli olduğunu söyləyib: "Artıq böyüklərin reytinqində yer almışam. Çalışacağam ki, orada da qızıl medal qazanım. Yeniyetmə olmağıma baxmayaraq, böyüklər arasında yarışacağam və buna görə əzmlə çalışıram".

Son xəbərlər

Orphus sistemi