Bakı. 14 iyul. REPORT.AZ/ İtaliyanın "Snam" şirkətinin Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində pay almaq istəməsi ilə bağlı Azərbaycan tərəfinə hələ rəsmi müraciət olunmayıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri
N.Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi payçıların çox olmasında maraqlıdır: "Ölkə başçısının dediyi kimi, biz buna etiraz etmirik. Əgər rəsmi müraciət olsa, bu məsələyə baxmaq olar. Öncə onlar müəyyən etməlidirlər ki, həmin payı kimdən almaq istəyirlər. Hələ heç dəqiqləşdirməmişik ki, hansı tərəf öz payını satmaq istəyir".
Xatırladaq ki, Azərbaycan Prezidenti