Yuxarı

​Natiq Əliyev: "Azərbaycan tərəfi TAP-da payçıların çox olmasında maraqlıdır"

Snam şirkəti payı kimdən almaq istədiyini müəyyən etməlidir

Bakı. 14 iyul. REPORT.AZ/ İtaliyanın "Snam" şirkətinin Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində pay almaq istəməsi ilə bağlı Azərbaycan tərəfinə hələ rəsmi müraciət olunmayıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi payçıların çox olmasında maraqlıdır: "Ölkə başçısının dediyi kimi, biz buna etiraz etmirik. Əgər rəsmi müraciət olsa, bu məsələyə baxmaq olar. Öncə onlar müəyyən etməlidirlər ki, həmin payı kimdən almaq istəyirlər. Hələ heç dəqiqləşdirməmişik ki, hansı tərəf öz payını satmaq istəyir".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 9-da İtaliyaya səfəri çərçivəsində "Milan EXPO-2015" sərgisində çıxışı zamanı "Snam" şirkətinin TAP-da pay almaq istəməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən səhmdarlardan hansınınsa pay satmasının mümkün oluğunu açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi