Bakı. 17 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 23-də Ucarda vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, şəhərin Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 17, 18, 21 və 22 sentyabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.