ICESCO-nun Baş direktoru: Texnoloji tərəqqi qlobal mənzərəni müəyyən edir

ICESCO-nun Baş direktoru: Texnoloji tərəqqi qlobal mənzərəni müəyyən edir Texnoloji tərəqqi, o cümlədən süni intellektin inkişafı demoqrafik dəyişiklikləri və sosial transformasiyanı sürətləndirir.
Elm və təhsil
10 May , 2024 10:23
ICESCO-nun Baş direktoru: Texnoloji tərəqqi qlobal mənzərəni müəyyən edir

Texnoloji tərəqqi, o cümlədən süni intellektin inkişafı demoqrafik dəyişiklikləri və sosial transformasiyanı sürətləndirir.

“Report” xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda keçirilən tədbirdə deyib.

“Hazırda baş verən transformasiya elə bir miqyasdadır ki, təkcə XXI əsrdə əldə olunmuş tərəqqi 40 min ildə nail olunmuş tərəqqiyə bərabər olacaq. 2022-ci il noyabrın 15-də dünya əhalisinin rəsmi olaraq 8 milyardı keçdiyi mühüm mərhələyə çatılıb”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu demoqrafik dönüş iqtisadi artım və innovasiya üçün imkanlar yaradır:

“Lakin bunu dərk etsək də, məşğulluq və sosial inklüzivlik kimi vacib amilləri diqqətdən kənarda saxlayırıq”.

Son xəbərlər

Orphus sistemi