Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək Bakıda 13-15 may tarixlərində “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Elm və təhsil
10 May , 2024 12:14
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

Bakıda 13-15 may tarixlərində “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

"Report" xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konfransda AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən 30-a yaxın tanınmış seysmoloq alim və mütəxəssis iştirak edəcək.

Konfransda Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi