Yerdə güclü maqnit qasırğası başlayıb, ABŞ xəbərdarlıq edib - YENİLƏNİB

Yerdə güclü maqnit qasırğası başlayıb, ABŞ xəbərdarlıq edib - YENİLƏNİB Yer kürəsində güclü maqnit qasırğası başlayıb
Elm və təhsil
11 May , 2024 05:20
Yerdə güclü maqnit qasırğası başlayıb, ABŞ xəbərdarlıq edib - YENİLƏNİB

ABŞ hökuməti 2003-cü ilin oktyabrından bəri ilk dəfə olaraq G5 geomaqnit qasırğası və Yerdən 17 dəfə böyük olan Günəş ləkələri barədə xəbərdarlıq edib.

"Report"un məlumatına görə, bu barədə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) məlumat yayıb.

Məlumata görə, fırtına elektrik şəbəkələrinə, peyklərə və yüksək tezlikli radio rabitələrinə müdaxilə edə bilər. Günəş fəaliyyəti kosmosda hərəkət edən və nəticədə Yerə çatan enerjinin sərbəst buraxılmasını əhatə edir.

Qeyd olunur ki, ABŞ-ın kritik infrastruktur operatorları müvafiq bildiriş alıblar.

2024-05-10 22:25

Yer kürəsində güclü maqnit qasırğası başlayıb

“Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.

Belə ki, Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəsinə yüksəlib.

Səviyyə “G3” o deməkdir ki, Yer kürəsində enerji sistemləri, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallarla bağlı problemlər ola bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində fasilələr də yarana bilər.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi