BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir. Müsabiqəyə ümumilikdə 136 vəzifə çıxarılıb. Onlardan biri dekan, 22-si kafedra müdiri, 113-ü professor, dosent, baş
Elm və təhsil
10 May , 2024 16:48
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb

Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edib.

BDU-dan "Report"a verilən məlumata görə, müsabiqəyə ümumilikdə 136 vəzifə çıxarılıb.

Qeyd olunub ki, onlardan biri dekan, 22-si kafedra müdiri, 113-ü professor, dosent, baş müəllim və müəllim vəzifəsidir.
Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na əsasən, 1 ay müddətində, 1996-cı 07 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.

Son xəbərlər

Orphus sistemi