Təhsil naziri: "Son üç ildə məzunlar arasında müsbət qiymət alanların sayı 14 faiz artıb"

Təhsil naziri: "Son üç ildə məzunlar arasında müsbət qiymət alanların sayı 14 faiz artıb" “Bu göstərici hər il yüksəlir”
Elm və təhsil
14 Sentyabr , 2015 14:14
Təhsil naziri: Son üç ildə məzunlar arasında müsbət qiymət alanların sayı 14 faiz artıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ “2012-ci illə müqayisədə Azərbaycanın ümumtəhsil məktəblərində 9-cu siniflərin məzunları arasında müsbət qiymət alan şagirdlərin sayı 14 faiz artıb”. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. 

Onun sözlərinə görə, bu göstərici hər il yüksəlir: "Bu da son illərdə təhsil sahəsində həyata keçirilən işlərin və təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş tədbirlərin məntiqi nəticəsidir. Eyni zamanda, biz daha yüksək nəticələrə nail ola bilərik və nail olmalıyıq. Bu yanaşmaların yollarını daim axtarırıq”.

Son xəbərlər

Orphus sistemi