“Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb

“Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olub
Elm və təhsil
9 İyun , 2016 10:32
“Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb

Bakı. 9 iyun. REPORT.AZ/ 2015/2016-cı tədris ilində pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdü verilib.

Bu barədə “Report”a Təhsil Nazirliyindən bildirilib.

Bununla da “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb.

Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olub.

Qeyd edək ki, gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına xidmət edir.

Son xəbərlər

Orphus sistemi