​AMEA yanğından mühafizə üsullarına həsr olunmuş seminar keçirəcək

​AMEA yanğından mühafizə üsullarına həsr olunmuş seminar keçirəcək Tədbir oktyabrın 7-də baş tutacaq
Elm və təhsil
29 Sentyabr , 2015 17:43
​AMEA yanğından mühafizə üsullarına həsr olunmuş seminar keçirəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabrın 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Yanğından mühafizə üsulları və onun həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr” mövzusunda seminar-məşğələ keçiriləcək. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Tədbir AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN-in Akademiyası və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi