​Yunanıstanın baş naziri parlament seçkilərində məğlubiyyətini etiraf edib

​Yunanıstanın baş naziri parlament seçkilərində məğlubiyyətini etiraf edib "Yunanıstan xalqı öz sözünü dedi və biz onun qərarına hörmətlə yanaşırıq"
Digər ölkələr
26 Yanvar , 2015 02:20
​Yunanıstanın baş naziri parlament seçkilərində məğlubiyyətini etiraf edib

Bakı. 26 yanvar. REPORT.AZ/ "Yeni demokratiya" sağmərkəzçi partiyasının rəhbəri, Yunanıstanın baş naziri Antonis Samaras parlament seçkilərində məğlub olduğunu etiraf edib və radikal solçu "Siriza" partiyasının lideri Aleksis Siprası qələbə münasibəti ilə təbrik edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Samaras televiziyada çıxışı zamanı bildirib.

"Yunanıstan xalqı öz sözünü dedi və biz onun qərarına hörmətlə yanaşırıq", - deyə o qeyd edib.

Samaras rəhbərlik etdiyi partiyanın parlamentdə həlledici rol oynayacağını və Avropa kursunu davam etdirəcəyini vəd verib.

O, Sipras ilə telefon söhbəti zamanı siyasətdə sevincli və kədərli anların olduğunu diqqətə çatdırıb.

Son hesablamalara görə, "Siriza" səslərin təqribən 36 faizini toplamaqdadır. "Yeni demokratiya" isə hələ ki, 28 faizdən bir qədər çox səs toplayıb.

Son xəbərlər

Orphus sistemi