​Venesuelanın şimal-şərqindəki xəstəxanada infeksiyadan 11 körpə ölüb

​Venesuelanın şimal-şərqindəki xəstəxanada infeksiyadan 11 körpə ölüb Səhiyyə Nazirliyinin Regional departamentinin rəhbəri başçısı Ayrora Navas yoxlamalar barədə göstəriş verib
Digər ölkələr
12 İyul , 2016 04:52
​Venesuelanın şimal-şərqindəki xəstəxanada infeksiyadan 11 körpə ölüb

Bakı. 12 iyul. REPORT.AZ/ Venesuelanın şimal-şərqindəki xəstəxanada infeksiyadan 11 körpə ölüb.

"Report" xəbər verir ki, bu barədə "Globovision" telekanalına körpələrin anaları və qohumları məlumat veriblər.

Məlumata görə, hadisə son 3 gün ərzində Monaqas ştatının Maturin şəhərində Manuel Nunes Tovarın adını daşıyan xəstəxananın reanimasiya şöbəsində baş verib.

Körpələrin anaları və qohumları hesab edir ki, azyaşlıların ölümünə səbəb bakterial infeksiya olub.

Lakin bu şöbədə çalışan həkimlər və tibb bacıları hadisəni heç cür şərh etmir.

Səhiyyə Nazirliyinin Regional departamentinin rəhbəri başçısı Ayrora Navas bildirib ki, indiyədək körpələrin öldüyü şöbədə bakteriyaların mövcudluğu barədə məlumatlara malik deyil. Bununla belə, o, müvafiq yoxlamalar barədə göstəriş verib.

Navas da etiraf edib ki, bölmənin işində nöqsanlar var. Lakin hazırda çatışmazlıqlar aradan qaldırılır. Həmçinin tibbi aparatlar təmir edilir.

Son xəbərlər

Orphus sistemi