​Səudiyyə Ərəbistanı xüsusi təyinatlılarının komandanı öldürülüb

​Səudiyyə Ərəbistanı xüsusi təyinatlılarının komandanı öldürülüb Krallıq rəsmiləri hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib
Digər ölkələr
14 Dekabr , 2015 09:37
​Səudiyyə Ərəbistanı xüsusi təyinatlılarının komandanı öldürülüb

Bakı. 14 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı xüsusi təyinatlı hərbi dəstəsinin komandanı Abdullah əs-Sehyan Yəmənin cənub-qərbində qiyamçı husi silahlıları tərəfindən öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Yəmən hökumətinin təmsilçiləri bildirib.

Məlumata görə, Səudiyyə Ərəbistanı xüsusi təyinatlılarının da daxil olduğu ərəb dövlətləri koalisiya qüvvələri Yəmənin Zuba bölgəsində əməliyyat keçirərkən, qiyamçılar raket atıb. Bu atəş nəticəsində Abdullah əs-Sehyanla yanaşı, koalisiya qüvvələrinin daha 3 əsgəri həyatını itirib.

Səudiyyə Ərəbistanı rəsmiləri hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı altında ərəb dövlətləri koalisiyası 8 aydır Yəməndə prezident Abdurabbu Mansur Hadinin qanuni hakimiyyətinin müdafiəsi uğrunda qiyamçılara qarşı mübarizə aparır. 

Son xəbərlər

Orphus sistemi