Haaqa tribunalı Radovan Karaciçi 40 il müddətinə azadlıqdan məhrum edib - YENİLƏNİB

Haaqa tribunalı Radovan Karaciçi 40 il müddətinə azadlıqdan məhrum edib - YENİLƏNİB Beynəlxalq məhkəmə onu 1995-ci il Srebrenitsa qırğınına görə məsuliyyətli bilib
Digər ölkələr
24 Mart , 2016 19:17
Haaqa tribunalı Radovan Karaciçi 40 il müddətinə azadlıqdan məhrum edib - YENİLƏNİB

Bakı. 24 mart. REPORT.AZ/ BMT-nin Haaqa tribunalı Serbiya Respublikasının birinci prezidenti Radovan Karaciçi 11 ittiham maddəsinin 10-u üzrə məsuliyyətli bilib və onu 40 il müddətinə azadlıqdan məhrum edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal, eləcə də, Karaciçi 1995-ci ildə Srebrenitsada törədilən qırğına görə məsuliyyətli bilib.

***18:04

Haaqada keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Cinayət Tribunalı Bosniya Serb Respublikasının keçmiş prezidenti Radovan Karaciçi insanlığa qarşı cinayətdə günahkar elan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, tribunal onu 1995-ci ildə Srebrenitsedə 8 min müsəlmanın soyqırımında, Serbiya orduasunun Sarayevonu mühasirəyə aldığı zaman 12 min insanı qətlə yetirməkdə, eləcə də BMT sülhməramlılarından canlı sipər kimi istifadə etməkdə günahkar bilib.

Son xəbərlər

Orphus sistemi