Casusluqda ittiham olunan ukraynalı zabit 12 il həbs cəzası aldı

Casusluqda ittiham olunan ukraynalı zabit 12 il həbs cəzası aldı Baş leytenant Rusiyayanın təhlükəsizlik xidmətinə məxfi informasiya ötürməyə cəhd edərkən həbs edilib
Digər ölkələr
23 Mart , 2015 20:12
Casusluqda ittiham olunan ukraynalı zabit 12 il həbs cəzası aldı

Bakı. 23 mart. REPORT.AZ/ Ukrayna hərbi-hava qüvvələrinin zabiti Rusiyanın xeyrinə casusluq ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.

"Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, Zaporojye məhkəməsi martın 23-də adı açıqlanmayan baş leytenant rütbəli zabiti "dovlətə xəyanət" və "casusluqda" təqsirli bilib.

Bildirilir ki, bu şəxs ötən ilin sentyabrında, Rusiyayanın təhlükəsizlik xidmətinə məxfi informasiya ötürməyə cəhd edərkən həbs edilib.

Müstəntiqlərin sözlərinə görə, o Ukrayna hərbi-hava qüvvələrinin fəaliyyəti ilə bağlı məlumatlar yığıbmış.

Son xəbərlər

Orphus sistemi