Bakı. 23 mart. REPORT.AZ/ Ukrayna hərbi-hava qüvvələrinin zabiti Rusiyanın xeyrinə casusluq ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.
"Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, Zaporojye məhkəməsi martın 23-də adı açıqlanmayan baş leytenant rütbəli zabiti "dovlətə xəyanət" və "casusluqda" təqsirli bilib.
Bildirilir ki, bu şəxs ötən ilin sentyabrında, Rusiyayanın təhlükəsizlik xidmətinə məxfi informasiya ötürməyə cəhd edərkən həbs edilib.
Müstəntiqlərin sözlərinə görə, o Ukrayna hərbi-hava qüvvələrinin fəaliyyəti ilə bağlı məlumatlar yığıbmış.